MAL YİYƏSİNƏ OXŞAYAR
MALIM YOX, DİVAN APARA, İMANIM YOX, ŞEYTAN APARA
OBASTAN VİKİ
Mala Sinxa
Mala Sinha (ing. Mala Sinha; 11 noyabr 1936, Kəlkətə, Britaniya Hindistanı) — hind kino aktrisası. == Həyatı == Mala Sinha 11 noyabr 1936-cı ildə Kəlküttədə anadan olub. Kino fəaliyyətinə 1952-ci ildə başlayıb. Onu məşhurlaşdıran rol isə Toz içində çiçək filmində Mina rolu olub.
Mala soğanı
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Lyubov Mala
Lyubov Troximivna Mala (ukr. Любов Трохимівна Мала; 13 yanvar 1919, Kopani[d] – 14 aprel 2003, Xarkov) — Sovet ukraynalı terapevt, tibb elmləri doktoru (1954), professor (1955), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1974), Sosialist Əməyi Qəhrəmanı (1979), Ukrayna Qəhrəmanı (1999), Ukrayna SSR əməkdar elm xadimi (1968), SSRİ Dövlət Mükafatı laureatı (1980), Ukrayna Dövlət Mükafatı laureatı (2003, ölümündən sonra). == Həyatı və fəaliyyəti == Lyubov Mala 1919-cu il yanvarın 13-də Ukraynanın Zaporojya vilayəti, Orixiv rayonu, Kopani kəndində anadan olub. Atası Troxim Yevdokimoviç (1895–1945), anası Katerina Qrixorovna (1895–1985) kəndli idilər. 1938-ci ildə 1-ci Xarkov Tibb İnstitutunu bitirdikdən sonra Voroşilovqrad vilayətinin İvanovka rayonunun Petrovenki kəndində kənd tibb məntəqəsində həkim işləyib. Böyük Vətən Müharibəsi başlayandan 1946-cı ilin sentyabr ayına qədər Sovet Ordusunun bir hissəsi kimi Qırmızı Ordu sıralarında təxliyə hospitalları rəisinin müavini, Şimali Qafqaz Cəbhəsinin təxliyə məntəqəsinin təxliyə bölməsi rəisinin müavini, Xarkov Hərbi Dairəsinin müalicə şöbəsinin rəis müavini vəzifələrində xidmət etmişdir. 1946-cı ildən Xarkov Tibb İnstitutunda klinik assistent (1946–1949), elmi işçi (1949–1952), doktorant (1952–1954), dosent (1954–1955) kimi fəaliyyət göstərib. 1955-ci ildən səhiyyə və pediatriya fakültələrinin terapiya kafedrasının müdiri, 1961-ci ildən hospital terapiya kafedrasının müdiri, eyni zamanda (1962-ci ildən) həmin institutun kardiologiya laboratoriyasının problemləri üzrə elmi məsləhətçi vəzifələrində çalışmışdır. 1986-cı ildən Ukrayna SSR Səhiyyə Nazirliyinin nəzdində yeni yaradılmış Xarkov Elmi Tədqiqat Terapiya İnstitutunun (hazırda Ukrayna Milli Elmlər Akademiyasının Terapiya İnstitutu kimi tanınır) direktoru vəzifəsində çalışmışdır. 1950-ci ildə B. M. Xmelnitskinin rəhbərliyi altında "Daxili xəstəliklər klinikalarında vərəmin diaqnostikası və vərəmin müalicəsi" mövzusunda elmlər namizədi üzrə doktorluq dissertasiyasını, 1954-cü ildə "Vərəmdə ürək-damar sistemindəki dəyişikliklər" mövzusunda elmlər doktoru üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Qonur Qafqaz malı
Qonur Qafqaz malı — yerli Qafqaz cinsi ilə Şvis cinsinin cütləşdirilməsi nəticəsində yaradılmış cütdırnaqlı heyvan. Əsasən Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan) yetişdirilir. Ümumiyyətlə cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri açıq müşahidə edilir. Şvis malında qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən onların əsasında yaradılan cinslərdə qonur rənglilik dominantlıq edir. Qonur Qafqaz cinsinin yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu mühüm rol oynamışdır. Bu cins Azərbaycan SSR-də dağlıq və aran rayonlarda üstük cins kimi qəbul edilərək çoxaldılmışdır. Bu cinsin rəsmi təsdiqi 1960-ci ildə həyata keçirilmişdir. Əsasən ətlik-südlük istiqamətli olaraq düşünülmüşdür. Qonur, açıq və tünd qonur rəngli olurlar. Belində ağ zolaq və ağız ərtafında ağ haşiyə Şvis cinsindən keçmədir.
Qırmızı Qazax malı
Qırmızı Qazax malı — Azərbaycanda yetişdirilən xalq seleksiyasının məhsulu olan iribuynuzlu heyvan cinsi. Rəngi qızılı qırmızı, bəzən də tünd qırmızıdır. Möhkəm bədən quruluşuna sahib, mütənasib gövdə quruluşuna, normal yelin formasına malikdir. Çətin iqlim şəraitinə dözümlülüyü və normal bala verməsi ilə fərqlənir. Laktasiya ərzində inəklərin süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı isə 3,7 3,9 % olur. İnəklərdə diri çəki 380-400 kq, buğalarda isə 450-500 kq olur. Cavan malın təmiz ət ümumi bədən kütləsindən 50 faizdən yüksək olur. Qırmızı Qazax malı çox az miqdarda Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının fermer təsərrüfatlarında qalmışdır.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. == Tarix == Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.